Azərbaycanda qayınata oğlunun ikinci arvadına qəzəblənərək evini

Ucarda 82 yaşlı Ağahüseyn Qəniyev oğluna və gəlininə qəzəblənərək şəxsi evini yandırıb.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, 6 otaqdan ibarət ikimrtəbəli ev əşyaları ilə birlikdə tamailə yanıb.

Məlumata görə, oğlunun ikinci ailəsini qəbul etməyən Ağahüseyn onların həmin evdə yaşamasını istəməyib. Aralarında bir neçə dəfə mübahisə yaransa da, 82 yaşlı kişinin evini qızına verəcəyini dedikdən sonra tərəflər arasındakı müsahibə daha da şiddətlənib.

Qayınatası ilə dalaşan gəlin ona aid olmayan evin sənədlərini də götürərək evdən çıxıb. Qəzəblənən qayınata da qaz balonunu açaraq evi yandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR