Azərbaycanda futbolçular üçün qurban kəsdilər -

Tovuz şəhər stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq 2022/2023 mövsümünün hazırlıqlarının ilk iki mərhələsini Bakıda keçirən "Turan Tovuz" "Türk Hava Yolları Futbol Mərkəzi" və "Dalğa Arena"dakı çalışmalarını başa vuraraq təmsil etdiyi şəhərə qayıdıb.

Metbuat.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda dünən üçüncü mərhələyə start verib.

Klub rəsmiləri futbolçuların dönüşünü sevinclə qeyd ediblər, onların ayaqlarının altında qurban kəsiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR