Müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı olacaq

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı 2022-ci il iyulun 17-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat 7 iyul saat 17:00-dək davam edəcək.

Qeyd edək ki, imtahanda namizədlərin ixtisas (musiqi / təsviri sənət / xoreoqrafiya), pedaqogika, məntiq və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri, test mərhələsi üzrə proqramla tanış ola və sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR