"SOCAR"dan yanacaq satışı ilə bağlı

Sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, "SOCAR PETROLEUM" QSC məsələ ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir", - deyə Ü.Həbibbəyli qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR