Bu rayonda qaz təchizatında fasilə yaranacaq

Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən Metbuat.az-a bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-sı saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR