Qoyun otararkən mağara tapdı: İçinə girəndə İNANMADI /

Türkiyənin Bursa bölgəsində fermer qoyun otararkən gözlənilməz mənzərə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, fermer girişi otlarla örtülü mağara tapıb. İçəri girən türkiyəli gördüklərinə inanmayıb. O, mağaranın içində çox mənzərəli ərazinin olduğunu müşahidə edib. Mağarada təbii hovuzlar yaranıb. Fermer daha sonra yerli sakinlərə xəbər verib.

Araşdırmalar nəticəsində məlum olub ki, mağaranın tarixi çox qədimdir. Yerli sakinlər mağaranın araşdırılması və turizm üçün istifadə edilməsi barədə çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR