“Azəriqaz"ın baş direktoru Şirvanda sakinlərlə görüşüb -

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Şirvan şəhər Gənclər Evində Şirvan, Hacıqabul və Salyan rayon sakinləri ilə görüşüb.

Metbuat.az “Azəriqaz”a istinadən xəbər verir ki, Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin də iştirak etdiyi qəbulda R. Əliyev 16 sakinin müraciətini dinləyib, şikayətinə baxıb.

Qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin, eləcə də fərdi mənzillərin qazlaşdırılması və s. bu kimi müraciətlər olunub. Qəbulda qaldırılan məsələlərin çoxunun icra olunmasına elə yerindəcə göstəriş verən baş direktor digər məsələlərin araşdırılması və lazımi köməkliyin göstərilməsi üçün Birlik əməkdaşlarına tapşırıqlarını verib.

Qurumun səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyatı üzrə orqanlara çatdırılması üçün qeydiyyata alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR