Avtomobillər bahalaşa bilərmi? -

Avronun getdikcə dəyərdən düşməsi Avropa istehsalı olan avtomobil almaq istəyənlərə ümid verib.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, əvvəllər 2 manat olan avro bayramdan öncə 1 manat 72 qəpik, hazırda isə 1 manat 70 qəpikdir. Yəni 30 qəpik ucuzlaşma var. Bəs Avropadan gətirilən mallar necə, ucuzlaşacaqmı?

Hazırda avrozonaya daxil olan ölkələrdən gətirilən nəqliyyat vasitələrinin qiyməti məsələsi gündəmə gəlib.

Araşdırmamız həqiqətən də avtomobillərin qiymətində dəyişiklik ola biləcəyini göstərdi. Amma buna zaman lazımdır.

Paytaxtda avtomobil satışı ilə məşğul olan Vüqar Kazımov avro ilə əsasən Almaniya və Fransadan avtomobil idxal edildiyini, qiymətlərdə hazırda elə bir dəyişiklik müşahidə olunmadığını deyib.

Avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, 2015-16-cı illərdə devalvasiya zamanı xarici valyuta ilə alınan avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilmişdisə, indi də bir müddət sonra ucuzlaşma ola bilər.

Burada söhbət yalnız avro ilə alınan nəqliyyat vasitələrindən gedir. Yəni avronun ucuzlaşması ölkəmizdə Amerika, Cənubi Koreya, Yaponiya və Çindən alınan avtomobillərin qiymətinə təsir etməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR