“Qarabağ”ın III raunddakı potensial rəqibləri bilinib

Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri də bəlli olub. Ağdam təmsilçisi II təsnifat mərhələsində İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.

Komanda 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.

III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)

Səpələnməmişlər
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Apollon” (Limassol, Kipr)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə) cütünün qalibi
PSV (Niderland)

Səpələnməmişlər
“Monako” (Fransa)
“Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
“Şturm” (Avstriya)
“Union” (Belçika)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq. Bu raundun oyunları isə avqustun 2-3-də və 9-10-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR