Putin çox etibar etdiyi Roqozini buna görə vəzifəsindən uzaqlaşdırdı

Rusiya Prezidenti Vladimir Putin “Roskosmos”un rəhbəri Dmitri Roqozini vəzifəsindən azad edib.

Metbuat.az xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb. Roqozinin yerinə baş nazirin köməkçisi Yuriy Borisov təyin edilib. Roqozin 2018-ci ildə “Roskosmos”un rəhbəri təyin edilib.

Qeyd edək ki, Rusiya mediası Putinin çox etibar etdiyi və çox istədiyi Roqozinə daha yüksək vəzifə verəcəyini yazırdı. Dmitri Roqozin Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edə bilər. Onun Putinin köməkçisi ola biləcəyi də istisna edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR