AFFA rəsmisi Trabzonda səfərdə olub

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Matç Direktoru qismində Türkiyənin Trabzon şəhərində səfərdə olub.

Metbuat.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ezam olunan E.Məmmədov səfərdə ötən mövsüm Türkiyə çempionu olmuş “Trabzonspor” klubunun ev oyunlarını keçirdiyi “Şenol Güneş Spor Kompleksi” stadionunun 2022/2023 mövsümündə avrokuboklara hazırlıq səviyyəsi ilə tanış olub.

Səfər zamanı klub nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR