Aparıcı Vüsalə Əlizadə ideal kişi obrazından danışıb.

Axşam.az-ın məlumatına görə, "Onlar"a açıqlama verən aparıcı sərt xasiyyətli kişiləri bəyəndiyini deyib:

"Oturub fikirləşməmişəm ki, hansı tip kişiləri bəyənirəm. Mənim üçün gözəl, yaraşıqlı kişi obrazı yoxdur. Kişi sərt olmalıdır.

Rəftarında yox, görünüşündə də bunu göstərməlidir. Baxanda hiss etməlisən ki, yanında kişi var. Ona baxanda kobudluq, sərtlik hiss etməlisən".

Milli.Az