7 uşaq anası, siyasətçi və həkim olan prezident -

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana səfərə gəlib. Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Aİ-yə təbii qaz nəqlinin artırılması haqqında saziş imzalanıb.

İmzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen arasında Bakıda baş tutan görüş çərçivəsində keçirilib.

Metbuat.az xəbər verir ki, Ursula fon der Leyen 1958-ci ildə Brüsseldə anadan olub. O, keçmiş Almanya Xristiyan Demokrat Birliyi (CDU) üzvünün siyasətçiləri olan Ernst Albrecht və Heidi Adelin qızıdır. Leyenin beş qardaşı var.

O, 1985-ci ildə tibb professoru Heiko von der Leyen ilə evlənib və cütlüyün 1987-1999-cu illər arasında doğulmuş yeddi övladı var.

Təhsil həyatına da elə Brüsseldəki Avropa Məktəbində başlayıb. 1971-ci ildə Almaniyada elm və riyaziyyat fakültəsini oxudu. 1977-ci ildə Göttingen Universitetində və Münster Universitetində iqtisadiyyat üzrə təhsil almağa başlayıb. 1980-ci ildə hər iki universiteti bitirib. Həmçinin o, 1978-ci ildə London İqtisadiyyat Məktəbini bitirib. 1980-ci ildə tibb təhsili almağa qərar verən Leyen Hannover Tibb Kollecinə daxil olaraq yeddi ildən sonra həkim kimi məzun olub.

1988-1992-ci illərdə Hannover Universitetində ginekologiya kafedrasında köməkçi həkim vəzifəsində çalışıb. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi adını alıb. 1994-cü ildə əkiz körpələri dünyaya gələndə təhsil həyatını başa vurub. Əri Stenford Universitetində işlədiyi üçün 1991-1996-cı illərdə Kaliforniyada yaşayıb. O, Stanford Universitetində qonaq məruzəçi kimi biznes departamentində çıxışlar etməyə başlayıb.

European Commission President Ursula Von Der Leyen Applauds India's Efforts  To Develop Renewable Energy

1998-2002-ci illər arasında Hannover Universitetində Epidemiologiya, Sosial Tibb və Sağlamlıq Sistemləri Tədqiqatları Departamentinin müəllimi olub, 2001-ci ildə burada Xalq Sağlamlığı üzrə Magistr dərəcəsini alıb.

Həm həkim, həm də siyatəsçi olan Leyenin təhsil həyatı qədər siyasətə gəlişi də maraqlıdır. O, 90-cı illədə Almanya Xristiyan Demokrat Birliyinə (CDU) qatılıb. 1999-cu ildən isə siyasətdə aktiv olub. Aşağı vəzifələrdə çalışdıqdan sonra Leyen 2013-cü ildə Almaniyanın ilk qadın müdafiə naziri olub. Həmin vaxt almaniyanın hazırda sabiq kansleri olan angela Merkel bu qərarı dəstəkləməyib. Lakin Leyen parlamentdə səs toplayaraq seçimləri uğurla tamamlayıb. 2019-cu ildə isə Leyen vəzifəsini tərk edib.

Elə həmin ildən Leyen Avropa Komissiyasının (AK) Prezidentidir.

Müxtəlif şirkətlərin direktorlar şuralarına müəyyən sayda qadın üzvlərin cəlb edilməsi, minimum əmək haqqının tətbiqi, homoseksualların evliliyi kimi, analıq məzuniyyəti, atalara iki aylıq analıq məzuniyyətinin verilməsi məsələlərini gündəmə gətirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR