Bakıda kameranın yaddaş qurğusu oğurlanıb

Bakıda kameranın yaddaş qurğusu oğurlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə iyulun 8-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqələrinin birindən 1180 manat dəyərində metal və kameranın yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakini O.Əliyev və Ucar rayon sakini İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR