Turizm Agentliyi pandemiyanın ən kəskin dövründə fəaliyyəti ilə diqqəti cəlb edirdi - Tural İsmayılov

“Dövlət Turizm Agentliyi pandemiyanın ən kəskin dövründə də öz fəaliyyəti ilə diqqəti cəlb edirdi”.

Metbuat.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

Ekspert qeyd edib ki, Dövlət Turizm Agentliyi ölkəmizin qeyri-neft sektoru sahələrindən olan turizmin inkişafı üçün ciddi işlər həyata keçirir:

“Dövlət Turizm Agentliyi tərəfindən yerli turizmin təşviqi üçün mühüm işlər həyata keçirilir və biz ictimaiyyət nümayəndələri də bunu yaxşı təhlil edirik. İyunun 28-də Bakı Konqress Mərkəzində keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı ölkəmizin turizm potensialını növbəti dəfə sübut etdi. Ümumilikdə, Qarabağın işğaldan azad edilməsi ilə ölkəmizin turizm potensialı növbəti qlobal arenaya bir daha bəyan edilmiş oldu”.

Ekspert sonda qeyd edib ki, Qarabağda həyat bərpa olunduqdan sonra turizm sahəsində daha böyük hədəflərimiz olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı