Altı ayda AAYDA-ya 83 nəfər müraciət edib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən martın 29-da Gəncə şəhərində (Gəncə, Samux və Kəlbəcər), aprelin 15-də Füzuli rayonunda (Füzuli, Beyləqan və Xocavənd), mayın 31-də Zaqatala rayonunda (Zaqatala, Balakən), iyunun 17-də isə Naftalan şəhərində (Naftalan, Goranboy və Xocalı) vətəndaş qəbulu keçirilib.

Xidmətdən Metbuat.az-a bildirilib ki, qeyd edilən vətəndaş qəbulları zamanı Gəncə şəhərində 17 nəfər, Füzuli rayonunda 21 nəfər, Zaqatala rayonunda 16 nəfər, Naftalan şəhərində 23 nəfər olmaqla yekunda 77 nəfər vətəndaşın müraciəti dinlənilib və həlli yolunda İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.

Əlavə olaraq Agentliyə 83 nəfər vətəndaş müraciət edib, Agentliyin inzibati binasında rəhbərlik tərəfindən qəbul edilib, müvafiq strukturlar tərəfindən aidiyyəti üzrə araşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR