Koronavirusa yoluxma artır:

"Azərbaycanda gündəlik kifayət qədər gündəlik yeni yoluxma sayı qeydə alınır. Fikrimcə, yoluxma sayı statistikada göstəriləndən daha çoxdur. Çünki insanlar test vermir və buna görə koronavirusa yoluxması rəsmi qeydə alınmır".

Metbuat.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim-infeksionist Vasif İsmayıl bildirib.

O bildirib ki, hazırda yoluxan insanların çoxu xəstəliyi yüngül keçirir, xəstəxanaya köçürülən xəstələrin sayı isə minimaldır.

Vasid ismayılın sözlərinə görə, əgər xəstəxanlarda yataq sayı 10 faiz dolarsa, dövlət toy məclislərinə qadağa qoymaqla vətəndaşları qıcıqlandırmaq istəməz:

"Əgər xəstəxanalara yerləşdirilən insan sayı müəyyən miqdarın altında olarsa, mərasimlərlə bağlı qadağanın tətbiqi gözlənilmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR