Ərdoğan və Quterreşin iştirakı ilə taxıl müqaviləsi imzalanacaq

İyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması ilə bağlı sazişin imzalanma mərasimi keçiriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Bu məqsədlə BMT-nin Baş katibinin bu gün İstanbula gəlməsi gözlənilir.

İmzalanma mərasimi iyulun 22-də saat 16.30-da İstanbulun Dolmabahçe sarayının ofisində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR