Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb.

Metbuat.az xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var.

Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR