Emreli daha bir oyunu buraxacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının II tur oyununu buraxacaq.

Metbuat.az xəbər verir ki, zədəsini yenicə sağaldan 25 yaşlı hücumçu qarşıdakı görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana çıxmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR