Ronaldoya üzücü xəbər:

“Barselona” klubu Kriştiano Ronaldonu transfer etməkdən imtina edib.

Metbuat.az “beinsports”a istinadən xəbər verir ki, menecer Jorje Mendes 37 yaşlı hücumçunu “Barselona”ya təklif etsə də, rədd cavabı alıb. Məlumata görə, “Barselona” Ronaldonu transfer etmək əvəzinə Lionel Messinin kluba geri dönməsini nəzərdən keçirir. Ronaldonun "Atletiko" klubuna keçəcəyi irəli sürülür.

Qeyd edək ki, İspaniyanın “Sport” qəzetinin məlumatına görə, baş məşqçi Xavi Hernandez klub prezidenti Xoan Laporta ilə görüşərək, Messinin geri dönməsini istəyib. Prezident buna etiraz etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR