Kipr klubu Bakıya səfər proqramını açıqladı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Kiprin "Aris" klubu Bakıda "Neftçi"nin qonağı olacaq.

Metbuat.az xəbər verir ki, Kipr klubu səfər proqramını açıqlayıb. Limassol təmsilçisi matçdan 2 gün əvvəl - iyulun 26-də Larnaka hava limanından çarter reysi ilə Azərbaycan paytaxtına yola düşəcək.

İyulun 27-si saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qonaqlar matçdan bir gün sonra - iyulun 29-da Kiprə qayıdacaq.

Qeyd edək ki, "Bakcell Arena"da təşkil olunacaq "Nerftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda "ağ-qaralar" rəqibinə 0:2 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR