CBC-nin aparıcısı tanınmış futbolçu ilə evlənir -

CBC TV-nin xəbər aparıcısı Turan Məmmədli tanınmış azərbaycanlı futbolçu ilə ailə həyatı quracaq.

Metbuat.az xəbər verir ki, ötən gün nişanlanan aparıcı futbolçu Ruslan Cəfərov ilə evlənəcək.

R. Cəfərov Azərbaycan Premyer Liqasının təmsilçilərindən olan İnter Baku klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar futbolçudur. 2012-ci ildən bəri həm bankirlərin əvəzedicilər yığmasında, həm də əsas komandasında çıxış edir. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR