ABŞ-dan Ermənistan qarşısında ŞOK TƏLƏB:

“Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri olduqca önəmli idi və Türkiyəni də yaxından maraqlandırırdı”.

Metbuat.az xəbər verir ki, Türkiyə Hava Qüvvələrinin keçmiş pilotu, general leytenant Ərdoğan Karakuş belə açıqlama verib. O bildirib ki, Rusiya təbii qazından imtina edən Avropa, digər ölkələrə yönəlib. Həmin ölkələrdən biri də Azərbaycandır. Karakuşun sözlərinə görə, Avropa Azərbaycandan idxal etdiyi təbii qazın həcmini 20-25 milyard kub metrə çatdırmaq istəyir. Bu təbii qazın Türkiyə vasitəsilə Avropaya ixrac edilməsi Ankaranın Qərb qarşısında önəmini artırır:

“Bu hadisələrin fonunda Ermənistanda nə oldu bilirsiniz? Rusiya və ABŞ Ermənistanı öz tərəfinə çəkmək üçün mübarizə apardı. Lakin ABŞ nöqtəni qoydu. ABŞ Ermənistana dedi ki, Avropanın qaz istəyi qarşılanacaq. Buna görə də Azərbaycanı məşğul etməyəcəksən. Azərbaycanın istəyini yerinə yetirəcəksiniz. Bilirsiniz Qarabağda 20 min erməni hərbçisi çətin vəziyyətə düşüb məhv olmaq üzrə idi. Rusiya araya girdi. O hərbçilərin hamısı geri çəkilməli idi. Amma çəkilməmişdi. İndi isə Ermənistan onu qəbul etdi”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR