Dövlət katibi Blinkenin zənglərinin arxasında nə dayanır? -

"Blinkenin son zamanlar Ermənistan və Azərbaycan rəhbərlərinə zəng etməsinin arxasında duran əsas səbəblər ABŞ-ın son dövrlər Cənubi Qafqaza artan maraqlarından irəli gəlir".

Bu fikirləri Metbuat.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov ABŞ Dövlət katibinin Azərbaycan və Ermənistan rəhbərlərilə telefon danışığına münasibət bildirərəkən deyib.

Müsahibimiz hesab edir ki, Blinkenin telefon zənginin arxasında duran əsas səbəblər məhz regionla bağlı maraqlarını daha da yeniləməkdir.

"Cənubi Qafqaz elə bir strateji nöqtədə yerləşir ki, bura şimal-cənub, şərq-qərb nəqliyat dəhlizi üzərindədir, həmçinin Xəzər dənizi hövzəsindədir. Eyni zamanda İranla sərhəddir və Yaxın Şərqə çıxış üçün geniş imkanlar yaradır. Xüsəsən də Rusiya isti dənizlərə bu istiqamətdən düşməyi planlaşdırır. Buradan Avropa və Asiyaya açılmaq imkanları da yaranır. Əslində ABŞ İran, Rusiya və Çinə buradan mesaj verir ki, biz Cənubi Qafqazda maraqlarımızı gücləndiririk, burada varıq və bundan sonra da maraqlarımızı qoruyacağıq. Düşünürəm ki, zəngin arxasında duran səbələrin birinci tərəfi budur".

Samir Hümbətov deyir ki, ABŞ Türkiyənin müəyyən mənada mövqeyinin güclənməsinin tərəfdarı ola bilər. Ümumilikdə isə Türkiyənin Tehran sammitində Suriya məsələsini müzakirə etməsi, Suriyanın şimalında tampon bölgə yaratmaq istəyi, PKK\YPG\PYD və digər silahlı qruplaşmaların sıradan çıxarılmasına çalışması, əlbəttə ABŞ üçün qəbuledilməz hesab edilir.

"Çünki ABŞ həmin terror təşkilatlarını bilavasitə dəstəkləyən dövlətlərdən biridir. Ona görə düşünürəm ki, bu məsələdə bir az narahatlığı var. Amma ümumi götürəndə Blinkenin Azərbaycan və Ermənistan rəhbərlərinə zəng etməsi, Türkiyənin Tehranda keçirilən görüşdə iştirakı ABŞ-ın maraq dairəsində olan məsələlərdir. ABŞ bu məsələnin hər birini detallı şəkildə müzakirə etməyə çalışır.Bunlar onun gələcək xarici siyasət strategiyasının əsas prioritetlərindən hesab olunur".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR