"Putin Tiflis görüşünün reallaşmasına mane olmaq istəyir" -

"Ermənistanın Brüsseldə götürdüyü öhdəliklərin icrası və real irəliləyişə nail olmaq üçün Vaşinqton iki ölkə arasında birbaşa ikitərəfli danışıqların keçirilməsini təklif edib. Məhz ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngində Tiflisdə görüşün keçirilməsini tərəflərin diqqətinə çatdırıması istisna deyil".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Analitkin fikrincə hazırda Rusiya birbaşa ikitərəfli danışıqlarda maraqlı deyil və bu görüşün Tiflisdə keçirilməsini qısqanclıqla qarşılayacaq.

"Qeyd edim ki, sentyabra kimi Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağdan tam çıxarılmalıdır və bundan sonra görüş baş tuta bilər. Rusiya əlindən gələni edə bilər ki, Tiflisdə iki liderin görüşü baş tutmasın. Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlarda maraqlıdır. Türkiyə ilə Ermənistan arasında birbaşa danışıqlarda üçüncü tərəf olmadığı kimi, Bakı və Yerevan arasında birbaşa danışıqlar, yalnız irəliləyişə səbəb olar".

Politoloq düşünür ki, ABŞ Rusiyanın fəallığının qarşısını almaqla çalışır ki, regionda geosiyasi mövqeyinin gücləndirsin.

"Azərbaycan üçün isə, ABŞ vasitəçiliyi deyil, Avropa İttifaqının vasitəçiliyi daha məqbuldur. Çünki, ABŞ-da Amerika Erməni Asambleyası Azərbaycan və Ermənistan məsələsində Ağ Evin siyasətinə təsir ertməklə, Vaşinqton mənasız Minsk qrupu məsələsini qabardacaq. Ona görə də Azərbaycan əsas Avropa İttifaqının vasitəçiliyinə önəm verməlidir.

Artıq Avropa İttifaqı öz sənədlərində "Dağlıq Qarabağ" termini silib və Azərbaycanın Qarabağ iqtisadi rayonu kimi təsnif edilib. Avropa üçün Qarabağ münaqişəsi bitib. Ona görə də nə ABŞ, nə də Rusiya proseslərə müsbət dinamika verməyəcək. Hazırkı Rusiyanın reveranslarindan istifadə edib, silahlı erməni birləşmələrinin çıxarılmasını tam təmin etməliyik. İndiki şərtlər daxilində N.Paşinyanla görüşə ehtiyac yoxdur. Yalnız Avropa İttifaqının vasitəçiliyi ilə görüşə ehtiyac var" deyə politoloq fikrini yekunlaşdırıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR