DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri

Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) alınaraq Daxili İşlər Nazirliyinə (DİN) verilmiş “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin adı və rəhbəri dəyişdirilib.

Metbuat.az xəbər verir ki, şirkət bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək.

Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.

Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən "Avto FM" radiosunun idarə edilməsi ilə məşğul olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR