“Atletiko” klubunun prezidenti Enrike Sereso Kriştiano Ronaldonun transferi ilə bağlı iddialara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, prezident Ronaldonun “Atletiko”ya transfer olacağı barədə iddiaları rədd edib. İspaniyanın “Cope” qəzeti yazır ki, klub rəhbəri Ronaldonun transferi barəsində fəaliyyət aparmadıqlarını açıqlayıb: “Bu xəbərləri kim ortaya atdı bilmirəm. Ronaldonun “Atletiko”ya transferi demək olar ki, mümkün deyil”.
Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılmaq istəyən Ronaldonun adı “Atletiko”, “Çelsi” və “Bavariya” kimi klublarla hallanırdı. 37 yaşlı hücumçu müxətlif səbəblərlə ingilis təmsilçisinin məşq toplanışına qatılmayıb. Ronaldonun meneceri Jorje Mendesin futbolçunu ispan klubuna təklif etdiyi və hətta "Atletiko"nun Ronaldoya görə Antuan Qrizmanı satmağa hazır olduğu irəli sürülmüşdü. İddia edilir ki, ispanlar maliyyə məsələsinə görə Ronaldodan imtina edib.