Ronaldo bu klubda oynamaq istəyir:

“Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldo barəsində yeni iddia gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, “AS” qəzeti Ronaldonun meneceri Jorje Mendesin hüumçunu “Napoli”yə təklif etdiyini irəli sürüb. İtaliya təmsilçisinin necə cavab verdiyi məlum deyil.

Qeyd edək ki, bundan əvvəl menecerin Ronaldonu “Atletiko” klubuna təklif etdiyi, lakin tərəflərin maddi məsələlərdə razılığa gələ bilmədiyi irəli sürülmüşdü.

"Daily Mail" qəzeti yazır ki, 37 yaşlı hücumçu “Mançester Yunayted”ə müraciət edərək, müqaviləsini ləğv etmək istədiyini bildirib. O, UEFA Çempionlar Liqasında mübarizə aparan komandada çıxış etmək niyyətində olduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR