“Neftçi” – “Rapid” oyununun hakimləri bəlli oldu

Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” matçının hakimləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, avqustun 4-də Bakıda keçiriləcək görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Saat 21:00-da başlayacaq qarşılaşmada Dario Bel fit çalacaq. Ona Maryan Tomas və Kristian Novosel kömək edəcək. “Bakcell Arena”da dördüncü hakim funksiyasını Tihomir Pejin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 11-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç Vyanadakı “Veststadion”da təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR