Lotereyada böyük uduş: 6 rəqəm üst-üstə düşdü, milyonçu oldu -

ABŞ-da lotereya oyununda son illərin ən böyük pul mükafatı qazanılıb.

Metbuat.az xəbər verir ki, İllinoys ştatında alınan biletin sahibi 1,3 milyard dollarlıq “Mega Millions” lotereya cekpotunu qazanıb. Uduşu qazanan şəxsin adı hələ məlum deyil. Bildirilir ki, həmin şəxsin aldığı bilet cek pot lotoreyasının 6 uduş rəqəmi ilə üst-üstə düşüb.

Qeyd edək ki, yerli qaydalara görə, qalib olan şəxs uduşun hamısını dərhal almaq istəsə bir neçə yüz milyon dollar vergi ödəyəcək. Qalib olan şəxs pulu hissələr formasında bir neçə ilə götürməyə razı olsa onun ödəyəcəyi vergi daha az olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR