Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Kinosu Günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, nazir paylaşımında qeyd edib ki, Azərbaycan Milli Kinosu intibah dövrünü yaşayır:

"124-cü ilini yaşayan Azərbaycan Milli Kinosu özundə zəngin ənənələri ehtiva edib xalqımızın inkişafına böyük töhfə verərək bu günlərdə intibah dövrünü yaşamaqdadır. Milli kino sahəsində çalışanları və kino sevərlərimizi bu münasibətlə ürəkdən təbrik edirəm. Kinomuz sərvətimizdir!"

Gülər Seymurqızı