Sabiq baş katib ad günündən bir gün əvvəl faciəvi şəkildə

Azərbaycan Velosiped Federasiyasının sabiq baş katibi Qladçenko Anna Dmitriyevna dünyasını dəyişib.

Metbuat.az-ın məlumatına görə, o, ötən gün baş verən avtomobil qəzasında həyatını itirib.

Azərbaycan Velosiped Federasiyası mərhumun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Qladçenko əvvəllər həm də Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru kimi də fəaliyyə göstərib. Sonuncu iş yeri isə Azərbaycan Velosiped Federasiyası olub. O, qurumda Hakimlər Kollegiyasının sədri vəzifəsində işləyib. Mərhumun bu gün 70 yaşı tamam olacaqdı.

Xatırladaq ki, qəza Bakı - Quba - Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də baş verib.

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR