"Neftçi"nin pley-offdakı potensial rəqibləri bəlli oldu

"Neftçi"nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Metbuat.az-ın xəbərinə görə, bu, İsveçrənin Nyon şəhərindəki bu gün baş tutan püşkatma nəticəsində məlum olub.

Püşkün nəticəsinə görə, “Neftçi” – “Rapid” cütünün qalibi pley-off mərhələsində “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında ilk oyun avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da, cavab matçı isə avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə avqustun 18-də və 25-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR