ABŞ-nin Tayvana​ təxribatçı səfəri -

Dünən dünya böyük bir tarixi hadisəyə şahidlik etdi. Çinin təhdid xarakterli bəyanatlarına, quru qoşunlarının hazır vəziyyətə gətirilməsinə bxmayaraq Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi Tayvana eniş etdi.

Metbuat.az xəbər verir ki, politoloq İlyas Hüseynovun sözlərinə görə, ABŞ-nin Tayvana təxribatçı səfərinə baxmayaraq Çin hazırladığı ssenaridən imtina etdi, gözlənilən baş vermədi:

"ABŞ-nin Çin ilə qarşıdurması uzun müddətdir ki, davam edir. İqtisadi sahədə mübarizə siyasi və hərbi sahəyə keçib. Bu məsələ keçmiş prezident Donald Trump dövründə də çox dərinləşib və hazrıda da pik həddə çatıb. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-nin Çinə həmləsi və təxribatçı səfərin həyata keçirilməsi də bunun əyani şəkildə sübutudur. Nensi Pelosinin Tayvana səfəri zamanı dünyanın maraqlandıran tək sual bu enişin olub-olmaması ilə bağlı idi. Eyni zamanda Çin bu səfərin reallaşmasının qarşısını almaq üçün müxtəlif bəyanatlar səsləndirdi və bunlar həm də təhdid xarakterli idi. Hava həyəcan siqanlı, qırıcıların havada olması, quru qoşunlarının hazır vəziyyət gətirilməsi göstərir ki, Çin istənilən ssenariyə hazır idi. Gözlənilənlər baş vermədi. Pelosi isə çox rahat bir şəkildə Tayvana səfər etdi və Çin tərəfi güc tətbiqetmə ssenarisindən boyun qaçırdı.

Bu, Çinin müdrik siyasəti kimi qiymətləndirilsə də, bir sıra məqamlar üzə çıxır. Belə ki, böyük ehtimalla payızda Çin Kommunist Partiyasının sədri Si Tszinpin yenidən öz postuna seçiləcək və çətin seçki dönəmi öncəsi ABŞ-la qarşıdurma və öz ərazisində müharibə aparmaq çətin olacaq. Çin ABŞ-nin maraq dairəsi olduğu və birbaşa ABŞ-dən asılı olan ərazidə proksi-müharibə şəraiti formalaşdırmayıb. Ola bilər ki, gələcəkdə Tayvan nümunəsində ABŞ-nin nəzarəti ilə mövcud bir ərazidə Çin belə bir proses həyata keçirə bilər".

Ermənistan Bakının şərtinə əməl etməsə, bu qış onlar üçün çətin keçəcək

İlyas Hüseynov bildirir ki, Çin bu siyasəti ilə baş verə biləcək təhlükələrin qarşısını alıb. Buraya təkcə hərbi yox, iqtisadiyyatda yarana biləcək tənəzzül də aiddir. Politoloq əlavə edib ki, Çin hər fürsətdə bu səfərin intiqamını almağa çalışacaq:

"İqtisadi sahəyə gəlincə, əgər bu qarşıdurma baş verəcəksə iqtisadiyyata mənfi təsir göstərəcək. Çin burada itkilərlə üzləşdiyi təqdirdə bu, bütün dünyaya təsir edəcək. Ona görə də Rusiya-Ukrayna müharibəsi fonunda deyə bilərik ki, Çin gözləmə mövqeyində dayansa da, mütləq şəkildə bu səfərin qarşılığını ABŞ-a verəcək. Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi bu səfəri şiddətli şəkildə qınayaraq bəyanat verdi. Çin tərəfi hər fürsətdə bu səfəri xatırlatmağa çalışacaq".

Həmçinin oxuya bilərsiniz: Çin-Tayvan məsələsindən çox siyasətçiliyi ilə gündəmdə olan Pelosi kimdir?

Beynəlxalq hüquq yenidən ikinci yerdə dayandı, gücün, güclünün liderliyi özünü göstərdi:

"Biz dünyada separatçılıq meyillərinin ABŞ tərəfindən dəstəklənməsini və öz imperalist maraqları çərçivəsində buna yanaşdığını gördük. Beynəlxalq hüquq yox, güclünün gücü yenidən işə düşdü. Bu hadisədən nəticə çıxararaq güc faktoruna diqqət etmək lazımdır. Çünki bu gün beynəlxalq hüquqki kimsə saymır və məhz dünyanın qlobal gücləri - nüvə klubuna daxil olan dövlətlər, güc mərkəzləri bu gün öz istədikləri kimi beynəlxalq hüquqdan istifadə edirlər. İkilistandartlar tətbiq edir və öz maraqlarına görə dünyada müharibə ocaqları yaratmaq ssenarisi üzərində işləyirlər. Bu da bəşəriyyəti fəlakətə sürükləyir. Qlobal güclər anlamalıdırlar ki, iqtisadi, siyasi, hərbi sahədə aktivliyin nümayiş olunması gələcək üçün yaxşı nəsə vəd etmir. Çin tərəfinin müdrik və uzaqgörən siyasətini alqışlamaq lazımdır. Çünki Çin bildi ki, onu təxribata sürükləyirlər və uduzan tərəf özü olacaq olacaq",- politoloq vurğulayıb.

Həmçinin oxuya bilərsiniz: Tofiq Zülfüqarov Pelosidən yazdı: "Azərbaycanda olanda göz yaşlarını saxlaya bilmədi"

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR