Çin-Tayvan məsələsindən çox siyasətçiliyi ilə gündəmdə olan Pelosi kimdir?

Ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bütün dünyanın diqqətində idi.

Metbuat.az xəbər verir ki, hazırda hər kəs ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə başlayıb.

Hətta Pelosinin təyyarəsinin Tayvana uçuşunu 2,92 milyon insan izləyib.

Bəs müharibə təhlükəsininin müzakirəsindən sonra haqqında çox danışılan siyasətçi Nensi Pelosi kimdir?

Pelosi 1940-cı 26 mart tarixində, Baltimorda italyan-amerikan ailəsində anadan olub. 5 övladı, 9 nəvəsi var. Onun atası, qardaşı da siyasətdə fəal iştirak edib.

Şəkilin açıqlaması yoxdur.

Siyasətə gəlişi 80-ci illərə təsadüf edir. 82 yaşlı Nensi 2007-ci ilə qədər Nümayəndələr Palatasında demokratların lideri olub. Pelosi Demokratik Partiyanın qalib gəlməsi nəticəsində Nümayəndələr Palatasında səs qazanaraq ABŞ tarixində bu vəzifəyə seçilən ilk qadın olub. 2007-2011-ci ilədək Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən Pelosi ABŞ tarixində hökumətin ən yüksək səviyyəsinə çatan qadındır. O, həmçinin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilən ilk italyan-amerikalıdır. Həmin ildə spikerliyinə itirsə də, 8 il sonra Demokratik Partiya özünü bərpa edib və Pelosi yenidən vəzifəsini bərpa edib.

Hazırda o, ABŞ-nin Nümayəndələr Palatasının spikeridir.

2021-ci ildə iki qadın Pelosini güllələmək istəyib.Lakin hadisənin qarşısı tez bir zamanda alınıb. Həmin ildə ABŞ-da naməlum şəxslər Nensininevinin divarlarına etiraz əlaməti olaraq “2 min dollar”, “Kirayəni ləğv et!”, “Universal minimum gəlir” yazıları var. Evin kənarlarında anarxistlərin simvolu - bir dairədə "A" hərfi yazılıb. Hətta evin qarşısına həmçinin kəsilmiş donuz başı atılıb və həyətə süni qan tökülüb.

Qeyd edək ki, Nensi Pelosi terrorçuluğa qarşı mübarizə apardığını dəfələrlə bəyan edən ABŞ-ın həm hazırkı, həm də əvvəlki hökuməti zamanı Ermənistana, xüsusən erməni terrorçularına açıq dəstəyi ilə seçilib. Pelosinin açıq ermənipərəst mövqeyi təkcə Azərbaycanda deyil, ABŞ-da da narazılıqla qarşılanıb.

Ukrayna-Rusiya müharibəsində də aktiv olan Pelosi may ayında Ukraynaya səfər edib. O, Rusiya Prezidenti Vladimir Putin qorxaq adlandırıb. "O, müharibə etmək yerinə uşaqlara, dinc sakinlərə qarşı döyüşür. O, uşaqlardan silah kimi istifadə edir”, spiker deyib. Zelenski barəsində xoş sözlər də deyib: “O, bütün dünya üçün qəhrəmandır. Onunla görüşmək bizim üçün fəxr idi”.

Həmçinin mayda Nensi Pelosinin əri Paul Pelosi spirtli içkinin təsiri altında avtomobil idarə edib. 82 yaşlı Paul Pelosi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib, bu səbəbdən üçün həbsxanaya göndərilib. Bir müddət sonra isə o, sərbəst buraxılıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR