Tofiq Zülfüqarov Pelosidən yazdı:

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hazırda dünyanın danışdığı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycana səfəri ilə bağlı xatirələrindən yazıb:

Metbuat.az xəbər verir ki, keçmiş xarici işlər naziri bildirib ki, Pelosi ermənipərəst lobbinin əsas fiqurlarından biri olmasına baxmayaraq məcburi köçkünlərin yaşayışın gördüyü zaman göz yaşlarını saxlaya bilməyib:

“1998-ci ilin yayında ABŞ konqresmenlərinin Ermənistan və Azərbaycana səfəri olmuşdu. Nümayəndə heyətinin tərkibində, Frenk Pallone də daxil olmaqla, bütün ermənipərəst lobbiçilər var idi. Onların hər birinin iyrənc bəyanatlarla çıxış etdiyi Ermənistan səfərindən sonra ABŞ Səfirliyindən mənə bildirdilər ki, onlar məcburi köçkünlərlə görüşdən imtina ediblər. Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, mən və Qaçqın və Məcburi Köçkünlər üzrə Komitənin sədri Əli Həsənov onları təyyarənin trapında qarşılayacaq və onları məcburi köçkünlər üçün çadır düşərgəsinə aparacaq helikopterə minməyi qətiyyətlə təklif edək. İmtina edənləri isə biz jurnalistlərin “öhdəsinə” buraxmalı idik. Pelosi və digər konqresmenlər helikopterlə uçdular, F.Pallone öz həyat yoldaşı ilə açıq, qətiyyətlə imtina etdi. Daha sonra bu haqda bütün mətbuat – həm ölkə, həm də xarici mətbuat yazdı. Pelosi məcburi köçkünlərin yaşayış şəraitini görəndə, hətta göz yaşlarını da saxlaya bilmədi. Düzdür, o hələ də erməni seçicilərin səslərinə görə ermənipərəst lobbinin əsas fiqurlarından biri olmaqda davam edir”, - deyə Zülfüqarov qeyd edib.

Onun sözlərinə görə, Tayvana səfərin əsas Baydenin səhvini düzəltməkdir: “Belə ki, ABŞ Prezidenti Co Baydeninin Koreyada çıxışı “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşma kimi dəyərləndirilir. Ona görə də düşünürəm ki, Peolosinin əsas məqsədi Taybeydə ABŞ və Çin arasında mövcud olan gərginliyin bu səbəbini aradan qaldırmaqdır”.

Xatırladaq ki, Tofiq Zülfüqarov 1998-ci ilin mart ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycanın xarici işlər naziri olub.

Həmçinin oxuya bilərsiniz: Çin-Tayvan məsələsindən çox siyasətçiliyi ilə gündəmdə olan Pelosi kimdir?

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR