Begemotlar nəsli kəsilməkdə olan heyvanlar siyahısına düşə bilər

İqlim böhranı, qeyri-qanuni ov və fil sümüyünün ticarəti nəticəsində azalan populyasiyaya görə begemotlar dünyanın ən nəsli kəsilməkdə olan heyvanları siyahısına əlavə edilə bilər.

Metbuat.az "The Guardian"a istinadən xəbər veri ki, begemotların dişlərinin və digər bədən hissələrinin ticarəti ilə yanaşı, onların həyatını yaşayış mühitinin itirilməsi və qlobal istiliyin təsirləri təhdid edir.

Begemotlar həmçinin "Cites" tərəfindən Nəsli kəsilməkdə olan Vəhşi Fauna və Flora Növlərinin Beynəlxalq Ticarət Konvensiyasına əsasən kommersiya məqsədləri və ov məqsədləri üçün qanuni olaraq satılır.

Bu heyvanlar artıq II növ kimi siyahıya alınıb. Bu o deməkdir ki, onların nəsli kəsilmək təhlükəsi yoxdur, lakin onların ticarəti tənzimlənməsə nəsli kəsilə bilər.

10 Qərbi Afrika ölkəsi, o cümlədən Toqo, Qabon və Mali, begemotların konvensiyanın I əlavəsində qeyd edilərək "Cites" altında ən yüksək mühafizəyə malik olmasını təklif ediblər. Bu təklif təsdiq edilərsə, begemotların bədən hissələrinin və fil sümüyünün ticarətinə tamamilə beynəlxalq qadağa qoyulacaq.

2009-cu ildən 2018-ci ilə qədər ən azı 77.579 begemot hissələri və məhsullarının qanuni yolla satıldığı təxmin edilir.

2016-cı ildə begemotlar IUCN-nin qırmızı siyahısında yerli azalmalarla, xüsusən də Afrikanın qərbində nəsli kəsilməyə həssas olaraq təsnif edildi və bu, tapıldığı 38 Afrika ölkəsindən bəzilərində növlərin nəslinin kəsilməsi ilə ilə bağlı qorxuları artırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR