Ermənistanın hərbi qulluqçusu 1995-ci il təvəllüdlü, sıravi Atom Arutünyan avqustun 3-dən 4-nə keçən gecə qəflətən ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Onun 3 aylıq hərbi təlimlərin iştirakçısı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.