Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı təqdim olunacaq -

"Red Fox" studiyasının istehsal etdiyi və Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı "İblisin kitabı" təqdim olunacaq.

Metbuat.az xəbər verir ki, 3 bölümdən ibarət ekranın işinin hər seriyasında tamaşaçılara yeni hekayə göstəriləcək.

"İblisin kitabı"nın ilk bölümü 13 avqustda YouTube platformasında – "Red Fox" kanalında yayımlanacaq. Qeyd edək ki, serialın rejissoru Səid Qurbanovdur. Köməkçi rejissor Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR