Aynişan Quliyeva: "Sürücülər səsini çıxarmırdı, düşünürmüşlər ki, bu qız dəlidir" - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o, "İnstaqram" hesabında sifariş verdiyi taksilərdən danışıb. Aynişan uzun müddətdir sürücülərə fərqində olmadan həm kartla, həm də nəğd ödəniş etdiyini bildirib:

"Bir neçə gündür taksidən istifadə edirəm və bu gün bir şey bilmişəm. Neçə gündür, nəğd ödəniş edirəm. Bu gün səhər çağırdığım taksi sürücüsü dedi ki, "xanım, ödəniş kartladır, niyə nəğd verirdiniz?" Cavab verdim ki, yox, nəğd ödəyirəm mən. Taksidən düşən kimi kart hesabına baxdım. Məlum oldu ki, neçə gündür bütün sifarişi həm kartla, həm də nəğd ödəyirmişəm.

Sürücülər səsini çıxarmırdı. Bəzən çox diqqətsiz oluram. Bu mənim səhvimdir. Taksi sürücüləri hər ödənişdən sonra "Allah razı olsun. Min əvəzini versin" deyirdilər. Öz-özümə düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün bu qədər dua edirlər. Necə minnətdar insanlardır. Onlar da, yəqin, düşünürmüş ki, bu qız dəlidir. Ya kartla ödə, ya da ki nəğd... Artıq bir qərara gəl".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR