İndiyədək necə nəfərdən meymunçiçəyi testi götürülüb? -

Məlum olduğu kimi, hazırda dünyada meymunçiçəyinə yoluxma sayı artır. Hazırda isə Azərbaycanda meymunçiçəyi virusuna heç bir yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir. Şübhəli hallar qeydə alındığı təqdirdə xəstəlik hallarının PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur.

Nazirlikdən bildirilib ki, bu günə qədər iki şübhəli hal müəyyənləşdirilib:

"Şübhəli müraciət edən şəxslərdən test nümunələri götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laboratoriyadan götürülən testlərin nəticəsinin neqativ olduğu bildirilib".

Qeyd edək ki, Avropa regionunun 30-dan çox ölkəsində 15 mindən artıq yoluxma faktı aşkarlanıb. Ən çox yoluxma 31-40 yaş arasıdır (41 %) və kişilərdə (99,1 %) qeydə alınıb. Tez-tez yoluxmuş şəxslər səpki (94,8 %) və hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65 %) kimi sistemik simptomlarla müraciət ediblər.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR