“Mançester Yunayted”dən ayrılmaq istəyən Kriştianı Ronaldo İspaniyaya qayıdacaq.
Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Ronaldonun menecerei Jorje Mendeş “Real Madrid” klubu ilə danışıqlar aparır. Bildirilir ki, Madrid klubunun idarəçiləri Ronaldonun paytaxta qayıtmasına qarşı deyil. Lakin Ronaldo barədə son qərarı paytaxt klubunun baş məşqçisi Karlo Ançelotti verəcək. Məlumata görə, Ronaldo Ançelotti ilə birbaşa danışmaq istəyir.Ronaldonun “Real Madrid”ə azad agent kimi keçəcəyi barədə iddialar var.