Siyəzəndə yol qəzası:

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az “Apa”ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” markalı minik maşınının sürücüsü dünyasını dəyişib, sürücünün həyat yoldaşı və oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR