İtaliyanın "İnter" və "Milan" klubları ulduz futbolçu Kriştianu Ronaldonu almaqdan imtina ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə "BeIN Sports"un, həmçinin CNN-in müxbiri Tankredi Palmeri məlumat yayıb.
O bildirib ki, İngiltərə "Mançester Yunayted" 37 yaşlı hücumçunu hər iki kluba təklif etsə də, rədd cavabı alıb.
O həmçinin Ronaldonu klubuna qatmaqdan imtina edən klubların siyahısını da dərc edib: "Çelsi" "Barcelona", "Bayern", "Real Madrid", "Paris Sen-Jermen" (PSJ), "Yuventus".
Xatırladaq ki, Kriştianu Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.