Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb

60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

Metbuat.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb.

İdmançımız finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR