Avropa nəhənglərindən rədd cavabı alan Ronaldoya bu klubdan xoş cavab:

ABŞ-ın “İnter Mayami” klubunun rəhbərliyi Kriştiano Ronaldonu transfer etməyə qərar verib.

Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bildirilir ki, klubun rəhbəri Devid Bekhem Ronaldonunun transfer etməyə müsbət yanaşır. İddialara görə, Avropanın nəhəng klublarından rədd cavabı alandan sonra menecer Jorje Mendeş 37 yaşlı futbolçunu “İnter Mayami”yə təklif edib. Klub rəhbərliyi müsbət cavab verib.

Qeyd edək ki, “Sporx” “Mançester Yunayted”dən ayrılmaq istəyən Kriştiano Ronaldonun bu günə kimi azı 5 nəhəng klubdan rədd cavabı aldığını yazıb. Bildirilir ki, menecer Jorje Mendeş 37 yaşlı futbolçunu “Çelsi”, “Barselona”, “Bavariya”, “İnter” və “Milan” klublarına təklif etsə də rədd cavabı alıb. Klublar Ronaldonun məvacibinə və yaşına görə onu transfer etməkdən imtina edib. Məlumata görə, Ronaldonun illik məvacibi 20 milyon avrodan çoxdur. Bildirilir ki, Ronaldo məvacibini endirməyə razılıq versə futbolçu kimi nüfuz qazandığı əvvəlki klubu "Sportinq Lissabon"a da geri qayıda bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR