DİM sədri ekspertlərdən DANIŞDI:

"Özünün biznesini quran şəxslər elə biznes nümayəndəsi kimi özlərini təqdim etsələr daha düzgün olar. Ekspert sözü məsuliyyət tələb edir".

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət imtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar mətbuat konfransında deyib. O bildirib ki, təhsil üzrə eskpert kimi özünün təqdim edən şəxs bu sahədən kifayət qədər xəbərdar olmalıdır:

"Təhsil eksperti deyəndə nə nəzərdə tutursunuz? Bu sahədə ən azı 10-15 il işləyən, təhsil, elm sahəsində, pedaqoji stajı olan şəxs ekspert ola bilər. Məktəbdə 5 il işləyən şəxs təhsil üzrə ekspert kimi özünü təqdim edə bilməz. Təhsil üzrə elmi məqalələri, müdafiəsi olmayan, elmi konfranslarda çıxış etməyən şəxs yalnız özü-özünü təhsil eksperti kimi təqdim edirsə, nə deyə bilərəm? Mən də özümü indi metallurgiya üzrə ekspert kimi təqdim edim. Bu, gülməli səslənəcək. Ömrümdə metalluriya ilə məşğul olmamışam. Məsələ ondadır ki, özüm özümü ekspert kimi təqdim edərək ekspertə çevrilmirəm. Özünün biznesini quran şəxslər elə biznes nümayəndəsi kimi özlərini təqdim etsələr daha düzgün olar. Ekspert sözü məsuliyyət tələb edir. Biz statistikanı, təhlilini veririk. Eyni sözləri təkrar edirlər, sonra deyirlər ki, bizim fikrimizcə, belədir. Biz həmişə maarifləndirmə işini aparmışıq. Həmişə deyirəm ki, çalışın rəsmi mənbələrdən məlumat əldə edin".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR