Mask “Mançester Yunayted”i almır:

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin "Mançester Yunayted" klubunu satın alması ilə bağlı xəbərlərin zarafat olduğunu deyib.

Metbuat.az xəbər verir ki, milyarder bildirib ki, hər hansı idman klubu almaq fikri yoxdur.

Qeyd edək ki, İlon Mask daha əvvəl "Mançester Yunayted"i satın alacağını bildirmişdi.


09:07

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın alacağını açıqlayıb.

Metbuat.az xəbər veirr ki, o, tviterdə bu barədə paylaşım edib:

"Mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

Müqavilə və futbol klubu ilə bağlı planlar barədə hələ ki heç bir məlumat yoxdur.

Qeyd edəkki, “Mançester Yunayted” 1878-ci ildə qurulub. Klub İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. “Mançester Yunayted”in dəyəri 4,6 milyard ABŞ dolları qiymətləndirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR