Azərbaycanla Qırğızıstan arasında turist səfərlərinin sayı artırıla bilər - FOTOLAR

Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması təklif olunur.

Metbuat.az "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini, Turizm Departamentinin direktoru Şatmanov Samat Bekturoviç arasında keçirilmiş işgüzar görüşdə müzakirə olunub.

Görüş Qırğızıstanın yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Tərəflər ikitərəfli turizm əlaqələrinin inkişafını müzakirə edib, B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə ATAA ilə Qırğızıstanın Turizm Departamenti arasında gələcəkdə də turizm əlaqələrinin genişləndirilməsi və inkişafı üçün birgə səylərin davam etdirilməsi qərara alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı